“Atalanta”nın oyunçusu böyük klubların hədəfində

Son Avropa Liqasının qalibi “Atalanta” 25 yaşlı yarımmüdafiəçisini satmağa hazırlaşır.

Sportline.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, söhbət yarımmüdafiəçi Edersondan gedir.

Bu futbolçu hələ də "Barselona" və "Mançester Yunayted" kimi klubların transfer hədəfi sayılır.

Qeyd edək ki, “Atalanta” rəhbərliyi oyunçunun qiymətinin 40 milyon avro olduğunu açıqlayıb.

Banner