"Atletik"i "Real"a dəyişə bilər
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams karyerasını "Real Madrid"də davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu mövsümün sonunda Uilyams üçün "Atletik"ə rəsmi təklif göndərəcək.
22 yaşlı futbolçunun sərbəst qalma məbləği 52 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Niko Uilyamsın Bilbao klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 9 qol və 7 asistlə yadda qalıb.