"Atletiko" Avropa çempionunun transferini rəsmləşdirib

"Atletiko" Madrid "Real Sosiedad"da çıxış edən Robin le Normanı transfer etdiyini açıqlayıb.

Sportline.az Marca-ya istinadla xəbər verir ki, futbolçunun tətili bitdikdən sonra tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

27 yaşlı Le Norman Avro 2024-də İspaniya millisi ilə çempionluq yaşayıb.O, turnirdə 6 oyunda meydana çıxıb.

Qeyd edək ki, ötən mövsüm "Real Sosiedad"ın heyətində 43 oyuna çıxan müdafiəçi bu matçlarda 2 qola imza atıb.