"Atletiko Madrid" "Barselona"ya qarşı
İspaniya La Liqasında 28-ci turun mərkəzi matçı "Vanda Metropolitano"da keçiriləcək.
Sportline.az xəbər verir ki, "Atletiko Madrid" "Barselona" ilə məsələyə aydınlıq gətirəcək.
"Atletiko Madrid"in heyətində əsas itki Koke və Anxel Korreyranın adı ilə bağlıdır.
"Barselona"da isə qapıçı Mark Andre ter Ştegen, Andreas Kristensen və Mark Bernal iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək oyunu Rikardo De Burqos Benqoeççeya idarə edəcək.