“Atletiko Madrid” “Brügge”yə qarşı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilir.

Sportline.az xəbər verir ki, “Atletiko Madrid” “Vanda Metropolitano” stadionunda “Brügge” ilə qarşılaşacaq. Tərəflər arasında Belçikada keçirilən görüş kifayət qədər məhsuldar alınmışdır. 3-3.

Dieqo Simionenin komandası bu görüşədə optimal heyətlə çıxacağı gözlənilir.

Qonaqlarda isə yeganə itki Dani van den Heuvelin adı ilə bağlıdır.

Qeyd edək ki, “Atletiko Madrid” – “Brügge” oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Görüşdə söz sahibi fransalı hakim Kleman Turpen olacaq.