“Atletiko”da ayrılıq
“Atletiko Madrid”in fransalı futbolçusu Tomas Lemar yanvar ayında klubdan ayrılacaq.
Sportline.az “Diario As” qəzetinə istinadən xəbər verir ki, Lemar “Atletiko”daki mövqeyindən narazıdır. Təcrübəli futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.
T.Lemarın hazır ki dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, 29 yaşlı futbolçunun “Atletiko Madrid”lə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.