"Atletiko"dan 8 milyon avroluq transfer

"Atletiko Madrid" yeni transferini rəsmi olaraq açıqlayıb.

Sportline.az xəbər verir ki, "Sittl Sounders" klubunun futbolçusu Obed Varqas karyerasını "Atletiko"da davam etdirəcək.

İspaniya klubu bu keçid üçün qarşı tərəfə 8 milyon avro ödəyib.

Qeyd edək ki, Varqas karyerası ərzində meydana çıxdığı 158 matçda 8 qol, 11 asistlə yadda qalıb.