"Atletiko"dan Nunyes həmləsi

"Atletiko Madrid" "Liverpul"un uruqvaylı forvardı Darvin Nunyesi mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops öz şəxsi "X" hesabında paylaşım edib.

Madrid klubunun rəhbərliyi Nunyes üçün "Liverpul"a 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 40 matçda rəqib qapılarında 7 top keçirib.

Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.