“Atletiko”dan yeni həmlə

“Tottenhem”in argentinalı futbolçusu Kristian Romero karyerasını “Atletiko Madrid”də davam etdirə bilər.

Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, Madrid klubu 26 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdır.

Romeronun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 17 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, Romero “Atletiko”da çıxış etməyə müsbət yanaşır.