"Atletiko"nun futbolçusu "Arsenal"ın radarındadır

"Arsenal" "Atletiko Madrid"in ispaniyalı müdafiəçisi Pablo Barriosu transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Qreyme Beyli məlumat yayıb.

London klubu mövsümün sonunda Barrios üçün "Atletiko"ya rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 21 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.