"Atletiko"nun gözü "Çelsi"nin futbolçusuna düşüb

"Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandez "Atletiko Madrid"in əsas transfer hədəfinə çevrilib.

Sportline.az "El Desmarque" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu mövsümün sonunda Enzo üçün "Çelsi"yə rəsmi təklif göndərəcək.

24 yaşlı yarımüdafiəçinin transfer qiyməti 80 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Enzo Fernandez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 5 qol və 9 asistlə yadda qalıb.