"Atletiko"nun oyunçusu "Qalatasaray"ın radarına düşüb

Heyətini sol cinah müdafiəçisi ilə gücləndirmək istəyən "Qalatasaray"da diqqətlər İspaniyaya yönəlib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" Xavi Qalanın müvəqqəti trasnferi üçün "Atletiko" ilə görüşmələrə başlayıb. 

Xəbərdə 29 yaşlı futbolçunun Türkiyədə oynamağa müsbət yanaşdığı bildirilir.

2023/2024 mövsümünün ilk dövrəsini "Atletiko"da, ikinci dövrəsini isə "Real Sociedad"da keçirən Xavi Qalan ümumillikdə çıxdığı 27 oyunda 2 asistlə imza atıb.

Qeyd edək ki, transfer dəyəri 8 milyon avro olan futbolçunun Madrid klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.