ATP Dünya Turunun qalibi müəyyənləşdi

ATP Dünya Turunda çempion bəlli olub. SportLine.az xəbər verir ki, Londonda təşkil oluna həlledici dueldə rusiyalı tennisçi Aleksandr Zverev dünya reytinqinin lideri Novak Cokoviçlə üz-üzə gəlib.

A.Zverev hər iki setdə serbiyalı rəqibini üstələyib: 6-4 və 6-3. Bununla da, 21 yaşlı raketka ustası yarışın əsas mükafatına sahib çıxıb.

Qeyd edək ki, N.Cokoviç ATP Dünya Turunda 5 dəfə çempionluq sevinci yaşayıb.