"Auqsburq" "Fənərbağça"nın futbolçusunu alır

"Fənərbağça"dan icarə əsasında "Auqsburq"a keçən Mergim Berişanın taleyinə aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçu Almaniya klubunda qalacaq. "Auqsburq" futbolçunun tranmsferi üçün "Fənərbağça"ya 4.5 milyon avro ödəyəcək.

Berişa bu mövsüm "Auqsburq"da 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.