Avro-2016: Pley-off mərhələsi start götürür
Bu gün "Avro-2016"nın final mərhələsinə vəsiqə verən pley-off oyunlarına start veriləcək.
SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Norveç yığması öz meydanında Macarıstanı sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında cavab görüşü isə noyabrın 15-də Macarıstanda baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsinin digər üç oyunu noyabrın 13 və 14-də keçiriləcək.
12 noyabr
"Avro-2016", pley-off mərhələsi
23:45. Norveç - Macarıstan