"Avro-2016"nın ilk təyinatı bəlli oldu

Avropa çempionatının açılış oyununu idarə edəcək hakimlər bəlli olub. SportLine.az xəbər verir ki, iyunun 10-da keçiriləcək Fransa - Rumıniya matçı Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Görüşdə əsas söz sahibi Viktor Kaşşai olacaq. Ona Dyerd Rinq və Ventsel Tot yardım edəcək. Əlavə köməkçi hakim funksiyasını Tamaş Boqnar və Adam Farkaş icra edəcək.

Ehtiyat hakimlər isə hollandiyalı Byonr Kuyperslə Sander van Rukel olacaq.

Qeyd edək ki, Fransa - Rumıniya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.