"Avro-2016"nın rəsmi topu təqdim olundu
"Adidas" şirkəti "Avro-2016"nın rəsmi topunu təqdim edib.
SportLine.az xəbər verir ki, top "Beau Jeu" (gözəl oyun) adlanır.
Qeyd edək ki, gələn il Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları 10 iyun - 10 iyul tarixində keçiriləcək. İlk dəfə olaraq turnirin final mərhələsində 24 komanda iştirak edəcək.