AVRO 2024-ün final oyununu bu hakim idarə edəcək
AVRO 2024-ün İspaniya-İngiltərə final oyununu idarə edəcək hakim müəyyənləşib.
Sportline.az xəbər verir ki, qarşılaşmanın ədalət təmsilçisi Fransa Futbol Federasiyasında Fransua Leteksie olacaq.
35 yaşlı referi daha əvvəl turnirdə Xorvatiya-Albaniya, Danimarka-Serbiya və İspaniya-Gürcüstan oyunlarında söz sahibi olub.
Qeyd edək ki, İspnaiya-İngiltərə final matçı iyulun 14-də Berlində keçiriləcək.