Avroliqada həftənin ən yaxşı oyunçusu adına namizədlər
Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Sportline.az xəbər verir ki, həftənin futbolçusu adına Nemanya Matiç (“Roma”), Adam Hlojek (“Bayer”), Yussuf En Nesiri (“Sevilya”) və Adrien Rabyo (“Yuventus”) namizəddir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək.