Avroliqada həftənin oyunçusu adına namizədlər
UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədləri açıqlanıb.
Sportline.az xəbər verir ki, siyahıya İngiltərə "Vest Hem"indən Deklan Rays, İtaliya "Napoli"sindən Viktor Osimhen, Niderland PSV-sindən Mario Götze və İspaniya "Betis"indən Xuanmi düşüb.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.