Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Bu gün Çexiyanın paytaxtı Praqadakı cüdo üzrə gənclərin Avropa çempionatında qarışıq komanda yarışları keçiriləcək.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi 1/8 final mərhələsində Avstriya yığması ilə üz-üzə gələcək.

Komandanın heyətində Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (90 kq), Ruslan Nəsirli (+90), Səbinə Əliyeva (57 kq), Aytac Qardaşxanlı (78 kq), Nərmin Əmirli (+78 kq) tatamiyə çıxacaq.

Bu cütün qalibi 1/4 finalda Gürcüstan seçməsi ilə görüşəcək.

Qeyd edək ki. Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni 5 medalla bitirib. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.