Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportline.az xəbər verir ki, yarışın 2-ci günündə tatamiyə çıxacaq idmançılardan 3-ü kişi, biri isə qadındır.
73 kq-da Vüsal Qələndərzadə 1/8 finalda Kyartan Hreydarssonla (İslandiya) üz-üzə gələcək.
81 kq çəki dərəcəsində Ömər Rəcəbli Randel Pasteli (Estoniya), Elcan Hacıyev Marko Yanseri (Monteneqro) sınağa çəkəcək. Hər iki görüş 1/8 finala təsadüf edəcək.
Qadınlardan isə 63 kq-da çıxış edən Aytac Qardaşxanlı 1/16 finalda Nele Noakla (Almaniya) görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.