Avropa çempionatı: Daha 3 təmsilçimiz mübarizəyə qoşulur
Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 3-cü günündə daha üç təmsilçimiz xalça üzərinə çıxacaq.
Qadınlarda Alyona Kolesnik (55 kq) ümidləri doğrultmağa çalışacaq.
Sərbəst güləşçilərin yarışında isə dünya və Avropa çempionu Hacı Əliyev (61 kq) və Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, seçməmizin aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.