Avropa çempionatı start götürür
Bu gün futzal üzrə Avropa çempionatına start veriləcək. SportLine.az xəbər verir ki, bu dəfə yarışlara Serbiyanın paytaxtı Belqrad şəhəri ev sahibliyi edəcək.
Ümumilikdə 12 komandanın mübarizə aparacağı qitə birinciliyində Azərbaycan millisinin də adı var. "D" qrupunda yarışacaq seçməmiz növbəti mərhələyə yüksəlmək uğrunda İtaliya və Çexiya komandaları ilə qarşılaşacaq. Tino Perezin yetirmələri ilk oyunlarını fevralın 3-də İtaliya seçməsinə qarşı keçirəcəklər.
"A" qrupu
Portuqaliya
Serbiya
Sloveniya
"B" qrupu
Macarıstan
İspaniya
Ukrayna
"C" qrupu
Xorvatiya
Qazaxıstan
Rusiya
"D" qrupu
Azərbaycan
Çexiya
İtaliya
Qeyd edək ki, Avropa çempionatına fevralın 13-də yekun vurulacaq.