Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında çıxışını uğurla başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb.
Sportline.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdoçuları ACF-nin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və cüdosevərlər qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurublar. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.