Avropa çempionatında növbəti medal

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, qadın güləşçilərimizdən Türkan Nəsirova və Elmira Qəmbərova gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub. Ancaq rəqibləri finala yüksəldiyi üçün həmyerlilərimiz bürünc medal uğrunda güləşiblər. Türkan türk rəqibinə də məğlub olaraq medalsız qalıb. Elmira isə ukraynalı rəqibinə qalib gələrək Avropa 3-cüsü olub.

İrina Netreba debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gəlib. O, 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında son dünya çempionuna müqavimət göstərə bilməyib. Netreba bürünc medal uğrunda görüşdə isə İsveç təmsilçisinə yenilib.

Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb. 

50 kq
1/4 final - Türkan Nəsirova - Oksana Livaç (UKR) 8:10
Bürünc medal görüşü - Türkan Nəsirova - Evin Demirhan (TUR) 3:10

59 kq
1/4 final - Elmira Qəmbərova - Svetlana Lipatova (RUS) 2:4
Bürünc medal görüşü - Elmira Qəmbərova - Angelina Lisak (UKR) 11:6

68 kq
Təsnifat - İrina Netreba – Yevgeniya Andreyçikava (BLR) *1:1
1/4 final - İrina Netreba - Sofiya Xristova Georgieva (BUL) 3:2
1/2 final - İrina Netreba - Alla Çerkasova (UKR) 0:10
Bürünc medal görüşü - İrina Netreba - Anna Fransson (SWE) 2:5

76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (BLR) 5:0
1/4 final - Səbirə Əliyeva - Şanet Nemet (HUN) 1:7