Avropa çempionatının ev sahibləri bilindi
Gənc futbolçuların 2027-ci il Avropa çempionatı Albaniya və Serbiyada keçiriləcək.
Sportline.az xəbər verir ki, bu haqda UEFA İcraiyyə komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Bu haqda ali futbol qurumunun rəsmi syatında məlumat paylaşılıb.
16 komandanın qatılacağı yarış Albaniyanın Tirana, Şkoder, Elbasan və Roqojina, Serbiyanın Novi-Sad, Loznisa, Leskovas və Zaeçar şəhərlərində təşkil olunacaq.
Qeyd edək ki, 2025-ci il Avropa çempionatı Slovakiyaya həvalə olunub.