Avropa çempionatının seçmə mərhələlərinin ən yaşlı futbolçusu oldu

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Avropa çempionatının seçmə mərhələlərinin ən yaşlı oyunçusu olub.

Sportline.az xarici KİV-ə istinadən xəbər verir ki,  o, 41 yaş 172 günündə Avro-2024-ün seçmə mərhələsində Belçika ilə matçın (0:3) 73-cü dəqiqəsində meydana çıxıb.

Zlatandan əvvəl Avro seçmələri tarixinin ən yaşlı futbolçusu 1983-cü ildə 41 yaş 3 ayda İsveçə qarşı oynayan İtaliya millisinin sabiq qapıçısı Dino Coff idi.

Qeyd edək ki, İbrahimoviç İsveç millisinin heyətində 122 oyuna çıxıb və 62 qol vurub. O, komandanın tarixinin ən yaxşı bombardiridir.

Banner