Avropa çempionumuz dünya çempionatında mübarizəyə başlayır

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında Azərbaycanın Avropa çempionu Anna Başta mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, reytinqi yüksək olduğundan, dünya çempionatına əsas mərhələdən qoşulan 25 yaşlı idmançı Antalyada qazandığı uğuru burada təkrarlamağa çalışacaq.

Onun rəqibi Dominikan idmançısı Eydis Valentin olacaq. Görüş Bakı vaxtı ilə saat 12:45-də başlayacaq.

Qeyd edək ki, Anna Başta 17-22 iyun tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında qızıl medal qazanıb.