Avropa çempionumuz özünə qəsd etdi

Sambo üzrə gənclərdən ibarət seçmə komandamızın üzvü Rəşad Dünyamalıyev intihar edib. Sportline.az Yenicag.az-a istinadən xəbər verir ki, 18 yaşlı idmançı özünü asıb. Hələlik intiharın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət seçmə komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev, sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanmışdı.