Avropa Liqası: "Arsenal" PSV Eyndhoveni qəbul edir
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turdan təxirə salınmış oyun keçiriləcək.
Sportline.az xəbər verir ki, "Arsenal" doğma arenada Niderlandın PSV klubunu qəbul edəcək. Londonda oynanılacaq matç 21:00-da başlanacaq.
"Arsenal" bu oyunda xal itirməyəcəyi təqdirdə pley-offa vəsiqəni təmin edəcək.
UEFA Avropa Liqası
II turdan təxirə salınmış oyun
20 oktyabr
21:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)