Avropa Liqası: "Fənərbağça" "Sevilya"nı qəbul edir

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu evdə "Sevilya"nı qəbul edəcək. Komandalar arasında İspaniyada baş tutan oyun türklərin məğlubiyyəti ilə başa çatıb - 0:2.

İngiltərənin "Mançester Yunayted" klubu səfərdə "Betis"lə üz-üzə gələcək. "Arsenal" "Sportinq"i qəbul edəcək, "Yuventus" isə "Frayburq"un qonağı olacaq.

UEFA Avropa Liqası
1/8 final, cavab oyunları

16 mart


21:45. “Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
İlk oyun - 1:4

21:45. “Fənərbağça” (Türkiyə) - “Sevilya” (İspaniya)
İlk oyun - 0:2

21:45. “Feyenoord” (Niderland) - “Şaxtyor” Donetsk (Ukrayna)
İlk oyun - 1:1

21:45. “Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:1

00:00. “Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya)
İlk oyun - 2:2

00:00. “Ferentsvaroş” (Macarıstan) - “Bayer” (Leverkuzen, Almaniya)
İlk oyun - 0:2

00:00. “Real Sosyedad” (İspaniya) - “Roma” (İtaliya)
İlk oyun - 0:2

00:00. “Yunion” (Belçika) - “Yunion” (Berlin, Almaniya)
İlk oyun - 3:3