Avropa Liqası: Mahir Emrelinin komandası "Spartak"a qarşı
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxacaq.
Sportline.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.
Qeyd edək ki, "Legiya"nın yer aldığı C qrupunda "Spartak"la yanaşı, "Lester" (İngiltərə) və "Napoli" (İtaliya) də mübarizə aparır.
18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Varşava, Polşa)