Avropa Liqası: "Qarabağ" "Olimpiakos"la heç-heçə etdi
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb
Qurban Qurbanovun komandası Bakıda “Olimpiakos”u qəbul edib. Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə qolsuz heç-heçə edib.
Qrpun digər oyununda “Nant” “Frayburq”u qəbul edib və 0:4 hesabıyla uduzub.
13 oktyabr
Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
G qrupu
20:45. “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan) 0:0
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya) 0:4