Avropa Liqasında 1/4 cütlükləri müəyyənləşir

Bu gün Avropa Liqasında 1/4 və 1/2 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportline.az xəbər verir ki, UEFA-nın qərargahında keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

1/8 finalın qalibi olan 8 komanda bu dəfə səbətlərə bölünməyəcək və açıq püşk yolu ilə seçiləcək. Buna görə də 1/4 və 1/2 finalda bir ölkədən 2 komandanın bir-birilərinə rəqib olması mümkündür.

Püşkatmada aşağıda adları qeyd olunan komandalar iştirak edəcəklər:

Yunion” (Belçika)
 “Bayer” (Almaniya)
 “Mançester Yunayted” (İngiltərə)
 “Roma” (İtaliya)
 “Sevilya” (İspaniya)
 “Sportinq” (Portuqaliya)
 “Feyenoord” (Niderland)
 “Yuventus” (İtaliya)

1/4 finalın matçları 13 və 20 aprel, 1/2 finalın oyunları 11 və 18 may, final isə 31 mayda keçiriləcək.