Avropa Liqasında həftənin ən yaxşısı açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Sportline.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada Portuqaliya "Braqa"sının hücumçusu"Vitor Olivyera layiq görülüb.

22 yaşlı forvard Belçikada "Union"la 3:3 hesablı heç-heçə etdikləri görüşdə 41 dəqiqəyə het-trik edib.