Avropa Liqasında həftənin ən yaxşısı kim olacaq?
Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər sırasında “Vest Hem”dən Said Benrahma, "Lion"dan İslam Slimani, “Braqa”dan Rikardo Horta və “Bayer”dən (Almaniya) Mussa Diabi yer alıb.
Azarkeşlər UEFA-nın rəsmi saytında keçirilən səsvermədə qalibi müəyyənləşdirəcək.