Avropa Liqasında həftənin qolu

UEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Sportline.az xəbər verir ki, azarkeşlər arasındakı səsvermə nəticəsində İspaniya "Betis"inin futbolçusu Nabil Fekirin Macarıstanda "Ferentsvaroş"a vurduğu qol ən yaxşı seçilib.

Qeyd edək ki, oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.