Avropa Liqasında turun ən yaxşı qolu müəyyənləşib
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu ada Türkiyə "Trabzonspor"unun yarımmüdafiəçisi Enis Bardinin evdə Fransa "Monako"suna vurduğu qol layiq görülüb.
Şimali makedoniyalı oyunçu 4:0 hesablı qələbə qazandıqları matçın 57-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirib.