Avropa nəhəngi Arda Gülerin transferinə hazırlaşır
"Fənərbağça"nın parlamaqda olan ulduzu Arda Güler qitə nəhənglərinin transfer siyahısındadır.
Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, Madrid "Real"ı da Türkiyə millisinin 18 yaşlı üzvünün xidmətində maraqlıdır.
Qeyd edək ki, bununla bağlı İspaniyanın nüfuzlu idman nəşrləri də məlumat yayıb.
Transfer dəyəri 11 milyon avro olan futbolçunun 2025-ci ilin iyun ayınadək "Fənərbağça" ilə müqaviləsi var.