"Axmat" Qazaxıstan millisinin oyunçusu ilə anlaşıb

Qazaxıstanlı futbolçu Maksim Samorodov rəsmi olaraq "Axmat"ın futbolçusu olub.

Sportline.az xəbər verir ki, bu barədə Qroznı klubunun mətbuat xidməti məlumat yayıb.

Son olaraq "Aktobe"də çıxış edən 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Maksim 2023/2024 mövsümündə Qazaxıstan çempionatında iştirak etdiyi 13 oyunda 5 qol və 2 məhsuldar ötürməyə imza atıb.Transfermarkt portalında oyunçunun transfer dəyəri 1.2 milyon avrodur.

Qeyd edək ki, Axmat yeni start götürən Rusiya çempionatında 3 turdan sonra 2 xalla 14-cü sıradadır.