Ayın ən yaxşısı müəyyənləşdi

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşıları müəyyənləşib.
 
Sportline.az xəbər verir ki, ötən ayın ən yaxşı oyunçusu “Vest Hem”in hücumçusu Maykl Antonio seçilib.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu avqustda çıxdığı üç oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
 
Premyer Liqada avqust ayının ən yaxşı məşqçisi isə “Tottenhem”i çalışdıran Nuno Espirito seçilib. Onun komandası ötən ay keçirdiyi hər üç oyundan qalib ayrılıb, qapısından isə top buraxmayıb.