Ayın ən yaxşı baş məşqçisi məlum oldu

İspaniya La Liqasında sentyabrın ən yaxşı baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, bu ada "Atletik"in çalışdırıcısı Ernesto Valverde layiq görülüb.

Bu haqda La Liqanın sosial şəbəkələrində məlumat yayılıb.

Bu ada "Barselona"nın baş məşqçisi Hans - Diter Fliklə "Real"ın çalışdırıcısı Karlo Ançelotti də namizəd idi. 

Qeyd edək ki, Bilbao təmsilçisi ötən ay 3 qələbə və 1 heç-heçəyə imza atıb.