Ayın ən yaxşı futbolçusu açıqlandı
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportline.az Liqanın rəsmi saytına istinadla xəbər verir ki, bu ada "Arsenal"ın hücumçusu Bukayo Saka layiq görülüb.
Qeyd edək ki, İngiltərə millisinin 21 yaşlı üzvü mart ayında meydana çıxdığı 4 oyunda 3 qol və 2 məhsuldar ötürmənin müəllifi olub.