"Ayntraxt" azarkeşləri İtaliyaya buraxılmayacaq
"Ayntraxt" azrkeşləri UEFA Çempionlar Liqasının 1/8 finalınının "Napoli" ilə cavab oyununa buraxılmaya bilər.
Sportline.az xəbər verir ki, bu haqda Almaniya təmsilçisinin rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, İtaliya Daxili İşlər Nazirliyi frankfurtlu azarkeşlərə bilet satışına qadağa qoyulması ilə bağlı qərar verməyi planlaşdırır.
Qadağa qonaq komandanın tərəfdarlarına ayrılan 2700 yerə bilet satışı üçün nəzərtə tutulur.
Bundan narahat olan "Ayntraxt" klubu məsələ ilə bağlı UEFA-ya müraciət edib.
Qeyd edək ki, rəqiblərin Almaniyada keçirilən ilk matçından əvvəl yerli fanatlar "Napoli"nin azarkeşlərinə hücum etmişdilər.
İtaliya tərəfi Neapolda mümkün cavab hərəkətlərindən çəkinərək bu addımı atmaq niyyətindədir.