Ayxan Abbasov: "Çempionatda möhkəmlənməliyik"

"Çempionatda möhkəmlənməliyik".

Bunu Sportline.az saytına açıqlamasında "Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

O, qarşıdakı hədəfdən də danışıb: "27 tur keçib. 3 dövrə bitib. Demək olar ki, finişə doğru gedirik. Kubok oyununu da nəzər alsaq sıx qafikimiz olacaq. Bugünkü xal ehtiyatımız az da ola bilərdi, çox da. Qələbə qazanacağımız oyunlarda məğlub da olmuşuq. Hər oyun futbolçular üçün böyük sınaq olub. Bəzi futbolçularımız gəncdir. Məni ən çox sevindirən futbolçularımın ilk gündən etibarən istəkli mübarizə aparması olub.

Topladığımız xallarda rəhbərlikdən tutmuş, sıravi işçimizə qədər hər kəsin payı var. Qarşıda 1 dövrə var. Hər şey dəyişə bilər. Biz çempionatda güclənməyik ki, inkişaf edək. Bunu klubda hər kəs istəyir. Hədəfimiz budur ki, güclənək və inkişaf edək".