Azad Mustafayev: "Gəncədə oynayacağıq, fikrimizdə də qətiyik"
"Kəpəz" Gəncə şəhər stadionda oynamağa davam edəcək. Fikrimizdə də qətiyik".
Bunu Sportline.az saytına açıqlamasında "Kəpəz"in mətbuat katibi Azad Mustafayev bildirib.
Klub rəsmisi stadionun ot örtüyü ilə bağlı görülən iş barədə də məluymat verib: "Hazırda Gəncə şəhər stadionunun ot örtüyünə baxan şirkət tərəfindən işlər davam etdirilir. Növbəti tura qədər vaxtımız var. Biz ev oyunlarını yalnız bu stadionda keçirəcəyik. Başqa bir alternativ variantla maraqlanmırıq".