Azad Rəhimov: “Cavabdeh şəxslər cəzalandırılacaq”
Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan atletlərinin dopinq qalmaqalına münasibət bildirib. SportLine.az xəbər verir ki, nazirliyin ilin yekunları ilə bağlı mətbuat konfransıda çıxış edən A.Rəhimov məsələnin araşdırıldığını bildirib:
“Hələ ki, faktı araşdırmaqdayıq. Çox güman ki, məsələyə gələn ilin əvvəllərində tam aydınlıq gələcək. Dopinq aşkarlanan idmançılar növbəti testdən keçməlidirlər”.
Nazirliyin nəzdində dopinqə qarşı mübarizə sektorunun fəaliyyət göstərdiyini xatırladan Azad Rəhimov, “Biz həmişə federasiyalardan idmançıları vaxtaşırı testdən keçirmələrini tələb etmişik. Araşdırmalardan sonra nəticə dəyişməsə, cavabdeh şəxslər cəzalandırılacaq”, - deyib.
Xatırladaq ki, ağır atletlərimiz Valentin Xristov, Elxan Əliquluzadə və Silviya Angelovadan sonra, Firudin Quliyev, İntiqam Zairov və Dadaş Dadaşbəylidə də dopinq aşkarlanıb.