Azarkeşlərdən Kurbana etiraz

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Kayrat"da durum ürəkaçan deyil.

Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, komandanın nəticələri azarkeşlərin ürəyincə deyil.

Son turda "Şaxtyor Karaqanda" (1:1) ilə görüşdə xal itirən Almatı təmsilçisinin tərəfdarları klubun "İnstagram" səhifəsində baş məşqçini "topa tutublar". Əksəriyyət sabiq baş məşqçi Aleksey Şpilevskinin Berdiyevdən daha yaxşı olduğunu iddia edir.

Rəylərdən bəzilərini təqdim edirik:

  • "İndi başa düşdüm ki, Şpilevski qızıldır"
  • "Lənət şeytana! Nə olub cənab Berdiyev?"
  • "Vəssalam! Çempionluq şansımız yoxdur!"
  • "Baş məşqçi hər şeyi korladı"
  • "Hazırda heç kim "Kayrat"ı ciddiyə almır"
  • "Vaxtında Şpilevskinin qədrini bilmədik, indi də yavaş-yavaş uçuruma gedirik"
  • "Baş məşqçi uğursuzdur" 
  • "Şpilevskiyə zəng edin"
  • "Berdiyevin "Kayrat"ı həmişə müdafiyə futbolu oynayacaq. Komandanı lazımi formaya gətirmək üçün illər lazımdır"
  • "Berdiyev nə edir? Oyunun bütün dinamikasını öldürür. Komandanın oyununu zibilə çevirir"
  • "Təəcüblü deyil ki, komandaya yeni məşqçi gələcək".