Azərbaycan atleti Serbiyada qızıl medal qazanıb
Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Sportline.az Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı üçtəkanla tullanmada 16.30 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Qeyd edək ki, Azərbaycan yarışda 6 idmançı ilə təmsil olunur.